Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Unikal.org xəbər verir ki, püşkatmada öz qruplarında ilk iki yeri tutmuş 16 komanda iştirak edib. Bir qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bu mərhələdə üz-üzə gələ bilməzdi.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, turnirin son qalibi "Real" iddialılardan PSJ ilə düşüb.

Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi "Beşiktaş" isə Almaniya nəhəngi "Bavariya" ilə qarşılaşacaq.

1/8 final mərhələsinin ilk oyunları gələn il fevralın 13-14-də və 20-21-də, cavab qarşılaşmaları isə martın 6-7-də və 13-14-də keçiriləcək.

Çempionlar Liqası, 1/8 final

Yuventus (İtaliya) - Tottenhem (İngiltərə)

Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə)

Portu (Portuqaliya) - Liverpul (İngiltərə)

Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə)

Real (İspaniya) - PSJ (Fransa)

Şaxtyor (Ukrayna) - Roma (İtaliya)

Çelsi (İngiltərə) - Barselona (İspaniya)

Bavariya (Almaniya) - Beşiktaş (Türkiyə)