Çempionlar Liqasında 1/8 final mərhələsinin təqvimi müəyyənləşib. 

Unikal.org-un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu mərhələyə fevralın 13-də start veriləcək.

Əvvəlki mövsümlərdəki kimi, yenə oyunlar 4 həftəyə bölünüb. İlk görüşlər fevralın 13-14 və 20-21-də baş tutacaqsa, cavab qarşılaşmaları martın 6-7 və 13-14-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi

İlk oyunlar

13 fevral

"Yuventus (İtaliya) - "Tottenhem (İngiltərə)

"Bazel (İsveçrə) - "Mançester Siti (İngiltərə)

14 fevral

"Porto (Portuqaliya) - "Liverpul (İngiltərə)

"Real (İspaniya) - PSJ (Fransa)

20 fevral

"Bavariya (Almaniya) - "Beşiktaş (Türkiyə)

"Çelsi (İngiltərə) - "Barselona (İspaniya)

21 fevral

"Şaxtyor (Ukrayna) - "Roma (İtaliya)

"Sevilya (İspaniya) - "Mançester Yunayted (İngiltərə)

Cavab oyunları

6 mart

"Liverpul - "Porto

PSJ - "Real

7 mart

"Tottenhem - "Yuventus

"Mançester Siti - "Bazel

13 mart

"Roma - "Şaxtyor

"Mançester Yunayted - "Sevilya

14 mart

"Beşiktaş - "Bavariya

"Barselona - "Çelsi