Milyonlarla istifadəçisi olan "WhatsApp proqramı yenə də bir neçə yeniliyə imza atıb.

Unikal.org xəbər verir ki, bu dəfə "WhatsApp istifadəçiləri üçün 4 yenilik təqdim edib. Yeniliklər hazırda test edilir.

Test mərhələsində olan 4 müxtəlif xüsusiyyət platforması yalnız "WhatsAppin "Android versiyaları üçün istifadə edilə bilər. Yeniliklərin bir müddət sonra istifadəçilərə təqdim edilməsi planlaşdılır.

Birinci yenilik blokladığınız insanlar üçün tətbiq edilir. Yeniliyə görə, indi əngəli aradan qaldırmaq və mesaj göndərmək istəyən şəxsin nömrəsinin üzərində basaraq saxlamaq lazımdır.

Başqa bir yenilik isə iOS proqramına dəvət bağlantısıdır. "Android versiyası üçün tətbiq edilən bu yenilik zamanı insanları asanlıqla qrupa dəvət edə və onlarla danışa bilərsiniz. Bunun üçün əvvəllər olduğu kimi həmin şəxsin nömrəsini mütləq şəkildə qeydə salmaq tələb olunmur. Sadəcə həmin şəxsə dövət göndərmək yetərlidir.

Tətbir edilən bu yenilik zamanı "WhatsAppda yazışarkən "Youtube videolarını izləyə biləcəksiniz. Əgər əvvəl "WhatsAppa gələn videolara baxmaq üçün çıxmaq lazım idisə, indi buna ehtiyac olmayacaq. Mobil platformanın İOS proqramı üçün istifadəyə verdiyi yenilikdən artıq "Android istifadəçiləri də yararlana biləcək. "WhatsAppda olarkən kənarda kiçik pəncərə içərisində video açılacaq. Artıq videoya baxa-baxa yazışmağa davam edə biləcəksiniz.

Üçüncü yenilik isə "Bildiriş üçün toxun xidmətidir. Bunun üçün telefonu aktiv etmək və "WhatsApp proqramına daxil olaraq, prosesi həyata keçirtmək lazımdır. Həmin anda yaranmış problem dərhal aradan qalxacaq.

Son yenilik isə "Admin Parametrləri tətbiqidir. Bu yenilik vasitəsilə seçdiyiniz qruplarda daha çox əməliyyatlar aparmaq və qrup üzvlərinə ümumi halda mesajlar göndərmək mümkün olacaq.(olke.az)