Rusiya dövlət başçısı Vladimir Putin bir az əvvəl Ərdoğanla görüşmək üçün Misirdən birbaşa Ankaraya gəlib.

Unikal.org xəbər verir ki, bu dəqiqələrdə Ərdoğanın Beştəpədəki iqamətgahında iki lider görüşüb.

Görüş təxminən 1 saat çəkib.

Görüşdə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov da iştirak edib.

Türkiyə mətbuatı xəbər verir ki, bu gün Suriyada quru qoşunlarını geri çəkən Putin Ərdoğanla birgə Suriyadakı son vəziyyəti və Trampın Qüds qərarını müzakirə edibər.

Qeyd edək ki, Putin Misirdə Trampın Qüds qərarını pisləyib.