Türkiyə prezidenti ilə danışıqlar işgüzar və konstruktiv şəraitdə keçdi.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
"Qeyd etmək istərdim ki, danışıqlar işgüzar və konstruktiv şəraitdə baş tutdu. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq deyə V.Putin bildirib.