Mingəçevir şəhərində kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  bu, şəhər sakini Tahir Əliyevdir.

Məlumata görə, T.Əliyev tüfeyli həyat tərzi yaşayıb, əyyaşlıq və avarlıqla məşğul olduğundan küçələrdə gecələyib. Onun meyiti müayinə olunduqdan sonra yaxınlarına verilsə də hələ ki, yaxınları meyiti götürməkdən imtina edib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.