21 Oktyabr 2018
22 Oktyabr 2018
"Ehtiyac olarsa, qarda çılpaq da ..."
İDMAN 10:44 / 12.12.2017
İtaliya A seriyasının 16-cı turunda evdə "Torino”nu məğlub edərək (2:1) "Milan”ın "sükanı arxasında” ilk qələbəsini qazanan Cennaro Qattuzo oyunla bağlı danışıb.

Unikal.org xəbər verir ki, gənc mütəxəssis hisslərini özünəməxsus şəkildə ifadə edib:

"Qələbə qazandığımız üçün çox şadam. Bütün oyunçularımı bir-bir təbrik etdim və onları qucaqladım. Meydanda sərgilədikləri oyuna görə onlara təşəkkür edirəm. Ancaq qarşımızda uzun bir yol var.

Uşaqlarımla futbol oynayarkən belə gərgin oluram. Bu, mənim təbiətimdə var.

14 il şərəfini qoruduğum "Milan”ı təmsil etmək böyük qürurdu. İnsanlar oyun zamanı hərəkətlərimi çılğın hesab edə bilərlər. Soyuğu hiss etmirəm. Ehtiyac olarsa, qarda çılpaq da dayana bilərəm”.

Qattuzo özündən öncə "Milan”ı çalışdırmış Vinçentso Montella barədə də danışıb. O, sabiq hücumçunun məşq sistemindən təəccübləndiyini deyib:

"Montellanın komandayla işləmək şəkli, israrla topsuz məşqlərə üstünlük verməsi məni təəccübləndirdi. Mənim gəlişimlə daha sürətli futbola üstünlük vernişik”.