SON XƏBƏRLƏR
20 Iyul 2018
Ayıq sürücü maşının açarını götürüb, aradan çıxdı - Bakıda QƏRİBƏ OLAY
CƏMİYYƏT 11:46 / 12.12.2017
"Valet Parking adlı bir şirkət var. Ayıq sürücü xidmətləri göstərir. Dünən bu şirkətin sürücüsü başımıza oyun açıb. Adam maşının açarını da götürüb, itmişdi”.

Unikal.org  xəbər verir ki, bu sözləri tanınmış jurnalist Mahir Məmmədli "Facebook”da "Müştəriyəm şikayətim var” qrupunda yazıb. Hadisə barədə ətraflı məlumat verən jurnalist bu xidmətdən istifadə edənlərə xəbərdarlıq da edib: "Dostlarla oturmuşduq. Axıra yaxın *0131 nömrəsinə zəng vurduq, ədəb və ərkanla sürücü çağırdıq. Sürücü gəldi və düzəldik yola. Şəhərin içində gəzdik bir az, çay içdik və sürücüyə dedik bizi evlərimizə apar. 1 saat 40 dəqiqənin tamamında maşlnda tək mən qalmışdım və Nərimanovdan Yeni Yasamala getməliydim. Sürücüdən ödəyəcəyimiz məbləği soruşduq. Dedi 21 manat. Başa salmağa çalışdıq ki, Nərimanovdan Yeni Yasamala 20-25 dəqiqəlik yoldur və 2 saatlıq xidmət haqqı 14 manat edir. Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir. Dedim ki, mənə qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur. Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdıq ki, sürücü yoxdur. Maşının açarını da götürüb və qeyb olub.

Şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi. Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirib gəldi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə nə qəbz verildi, nə də ödəniş olundu.

Yazdıqlarım ayıq sürücü xidmətlərindən istifadə edənlər üçün bir xəbərdarlıqdır. Nə vaxtsa Valet parking-ə müraciət etmək fikrinə düşsəniz, istirahətinizin və əhvalınızın korlanmaması üçün yazdıqlarımı nəzərə alın”.