Tovuzda 4 yaşlı uşağı avtomobil vurub.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Musayev Əhməd Nicat oğlu yolu keçərkən onu avtomobil vurub.

Uşaq qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.