Məşhur çinli akrobat 62-ci mərtəbədən yıxılaraq həlak olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Yonqninq şou göstərmək üçün 62-ci mərtəbəyə çıxıb. Şou göstərmək istəyərkən əli sürüşüb və 62 mərtəbəli biadan yıxılaraq həlak olub. Yonqninq noyabr ayından bu yana şou göstərmirdi. 

Çin mətbuatında bildirilir ki, Yonqnin pul müqabilində bu adddımı atıb. Belə ki, ona bu şounu göstərmək üçün 45 min lira təklif ediblər. Yonqnin isə sevgilisinə evlilik təklif etmək üçün bu pula ehtiyacı olub və buna görə 62-ci mərtəbədə şou göstərmək qərarına gəlib. Lakin sözügedən şou faciə ilə nəticələnib.