Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümummilli lideri Heydər Əliyevin Gürcüstanda ucaldılmış abidəsini ziyarətini əks etdirən fotolar paylaşıb.

Unikal.org xəbər verir ki, heç bir şərh yazmayan Leyla Əliyeva paylaşımı ilə babasının ildönümünü yad edib.

Fotoda Leyla Əliyeva ilə birlikdə Heydər Əliyevin digər nəvəsi - Sevil Əliyevanın oğlu, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev də var.

Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir