Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. 

"Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a açıqlamasında bildirib ki, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. 

Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Nazim başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.