21 Oktyabr 2018
20 Oktyabr 2018
15 yaşlı qız həyatının ŞOKUNU YAŞADI - Əvvəlcə sevgilisi ilə dostu, sonra sürücü TƏCAVÜZ ETDİ (VİDEO)
DÜNYA 14:07 / 12.12.2017
Xərçəng xəstəliyinə qalib gələn 15 yaşlı qız həyatının ən böyük şokunu yaşayıb. Gənc qıza sevgilisi və onun dostu təcavüz edib.

Hadisə Hindistanda baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş şəhərində yaşayan 15 yaşlı qız qısa müddət öncə qan xərçəngi ilə mübarizə aparıb və sağlamlığına qovuşub. Ötən həftə sonu isə o sevgilisi ilə görüşməyə gedib. Daha sonra sevgilisinin dostu da onlara qoşulub. Hadisə də bundan sonra baş verib.

Gənc qızla eyni yaşdakı iki təcavüzkar onu meşəlik sahəyə aparıb təcavüz edib. Təcavüzkarlar qaçdıqdan sonra gənc qız, qorxudan və yorğunluqdan bitmiş şəkildə yol kınarına doğru sürünüb. Yoldan keçən bir avtomobili dayandırıb və evə getmək üçün ondan kömək istəyib.

45 yaşlı sürücü kömək edəcəyini söyləyib qızı tənha bir yerə aparıb. Daha sonra gənc qıza təcavüz edən kişi onu yol kənarına atıb qaçıb. Gənc qız, təxminən iki kilometr gedərək evinə çata bilib. Gənc qızın atası polisə şikayət edib. Qızın sevgilisi və dostu yaxalanıb, şoferin axtaışına başlanılıb.