Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı elmi-praktiki konfrans keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,RİH-nin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirdə iştirakçılar Qubadlı rayon İcra hakimiyyətinin foyesində olan Ulu öndərin büstünün önünə gül dəstələri qoyublar. Sonra tədbir Qubadlı rayon İcra Hakimiyyətinin konfrans zalında davam edib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra "Ulu Öndərin həyatından və siyasi fəaliyyətindən bəhs olunan videoçarx nümayiş olunub. Elmi-praktiki konfransda çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs etdi. Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq misiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, Qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi tövhələrdən danışdı. Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır. Qeyd olundu ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. Natiq nitqində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edərək bildirib ki, bu inkişaf məcburi köçkünlərin daima yeniləşən həyatında da özünü göstərir.

Tədbirdə Qəzyan kənd tam orta məktəbin müəllimi Eminova Nəsibə "Heydər Əliyevin 1969-1982 illərdə Azərbaycana rəhbərliyi dövrü, Çardaqlı kənd tam orta məktəbin müəllimi Quliyev Müşviq "Heydər Əliyev-Müstəqil Azərbaycanın qurucusu mövzusunda məruzə ilə çıxış ediblər.