SON XƏBƏRLƏR
23 Yanvar 2018
Vahid çağrı mərkəzi yaradılır
CƏMİYYƏT 15:25 / 12.12.2017
2018-ci ilin yanvarından Azərbaycanda "155" vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.

Unikal.org bildirir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.

Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi", elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.

Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin "107", "109" və "153" (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.