"Qarabağ"ın məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kurslarının tələblərinə əsasən hazırda Bolqarıstandadır.

Unikal.org-un klubun saytına istinadən yaydığı xəbərə görə, dekabrın 9-da sözügedən ölkəyə gedən E.Rəhmanov 6 günlük proqramda Bolqarsıtanın "Levski və "Ludoqorets klublarının bazasında olacaq.

Məşqçi "Ludoqoretsdə akademiya fəaliyyəti ilə yaxından tanış olub və akademiyanın direktoru ilə görüşüb və fikir mübadiləsi aparıb.

Elçin Rəhmanov "Levski klubunun məşqçilər heyəti və "Latsio və "Fiorentinanın sabiq baş məşqçisi, hazırda da "Levskini çalışdıran Delio Rossiylə görüşəcək. Komandanın 1 həftəlik hazırlıq prosesi ilə tanış olacaq.