SON XƏBƏRLƏR
20 Iyul 2018
Bakıda tuneldə qəza baş verdi - VİDEO
VİDEO 15:59 / 12.12.2017
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Gənclikdəki tuneldə baş verib.

Belə ki, tuneldə Atatürk prospekti istiqamətində hərəkət edən avtomobil tunelin divarına çırpılıb.

Arxadan gələn maşınlar da qəza törədib.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Avtomobilin sürücüsü tuneldəki sərt döngəyə yüksək sürətlə girdiyindən qəza baş verib.