Psixoloji testlər hamının marağını çəkir.

Unikal.org Modern.az-a istinadən rəng psixologiyasına söykənən testi təqdim edir. Bu test Yeni ildəki gözləntilərinizi göstərir. Əylənmək və yeni şeylər öyrənmək üçün testə başlayın!

Rəsmə baxın və həyətiniz üçün bir ağac seçin. Seçiminizi edərkən diqqətli olun və iç səsinizi dinləyin.



1. Palıd

Böyük ehtimalla, bardağın dolu tərəfini görən insanlardan birisiniz. Sizin üçün həyat, gözlənməyən hadisələrlə dolu böyük bir macəradır. Yeni ildə sizin üçün yaxşı hadisələr olacaq. Dəyişikliklər üçün hazırsınız və özünüzü sərhədlənmiş hiss etməyəcəksiniz. Yeni uğurlara imza atmaq üçün səbrsizlənirsiniz.

2. Qara şam

Sizi təqdim edən şey müstəqillikdir. Öz yolunuzu seçərkən sizi saxlaya biləcək bir sərhədiniz yoxdu. Bədii sahədə istedadlısınız, yeni ildə gəlirləriniz artacaq. İş yerində uğur əldə etmək üçün etməniz lazım olan tək şey düşüncələrinizə bağlı qalmaqdır.

3. Ağcaqayın

Bu ağacı seçmisinizsə demək ki, həssas birisiniz. Özünüz və ətrafınızdakı dünya haqqında digər insanlarla müqayisədə daha çox düşünür, daha çox baş yorursunuz. Yeni ildə, həyatınıza romantik münasibət quracağınız biri girə bilər. Özünə bəs edən bir insansınız. Bu il həyatınız daha parlaq və macəra dolu olacaq.

4. Qızılağac

Qarşımızda sadə və taraz bir insan durur. Güvənilir olduğunuz üçün insanlar rahatlıqla sizin yanınızda yer ala bilirlər. Siz təbii olaraq güclü bir insansınız. Həssas biri olaraq görünməkdən xoşunuz gəlmir, bu səbəblə də qarşı cinslə münasibət qurmaqda çətinlik çəkə bilərsiniz. Ancaq yeni ildə nəzakətinizi təqdir edəcək biri ilə tanış ola bilərsiniz.

5. Mərsin

Özünə güvənən birisiniz. Həyatınızdakı heç nəyi şansa buraxmırsınız. Hər şey kontrol altındadır. Öz bacarıqlarınıza güvənir, heç nəyi ertələmirsiniz. Ətrafdakı insanlar sizin bu güclü duruşunuzu sevir. Məsuliyyətli şəxsiyyətiniz sizi yeni ildə daha da həvəsləndirəcək.

6. Alça

Sülhsevər və ağıllı bir insansınız. Dostlarınızla vaxt keçirməyi sevirsiniz, amma yalnız qalmaqdan ləzzət alırsınız. Bəzən həyatın anlamını düşünmək və kənar dünyadan uzaqlaşmaq üçün yalnız qalmaq istəyirsiniz. Yeni ildə ruhunuzu açacağınız bir insanla tanış ola bilərsiniz.

7. Çökə

İnsanların güvəndikləri analitik bir insansınız. Həssaslığınız hər zaman həqiqətən önəmli olanı alnamağınıza kömək edir. Sizin kimi həssas və diqqətli olmayan insanlar sizə yönələcək. Mədəniyyətlərarası önəmli bir rol oynaya bilərsiniz.

8. Şabalıd

Ətrafınızdakı insanlarn sizin xəyalpərəst və romantik olduğunuzu düşünür. Yalnız ağlı ilə hərəkət edən insanlarla əlaqə qurmağı buraxdığınızda hisslərin önəmli olduğunu düşünən o özəl adama daha çox yaxınlaşacaqsınız.

9. Söyüd

Əgər söyüd ağacını seçmisinizsə, ətrafa dönük bir şəxsiyyətiniz var deməkdir. Risk və məsuliyyət almağı sevirsiniz. Bəzi hadisələrdə böyük rol oynamaq üçün şans gözləyirsiniz. Yeni il sizə lider bir rol üstlənmənizə yardımçı olacaq. Uzun zamandır gözlədiyiniz şöhrət demək olar ki, gəldi.