"Müasir Azərbaycan Gənclər" İctimai Birliyi, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında mərhum prezident Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirib. 

Unikal.org xəbər verir ki,  Bakı və Sumqayıtın müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələri, eləcə də özəl şirkətlər və dövlət qurumlarında işləyən gəncləri ətrafında cəmləyən ictimai birlik ümumilli liderin anım günü ilə əlaqədar öncə I Fəxri Xiyabana yollanaraq mərhum prezident Heydər Əliyevin və görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, məzarları önünə güllər düzüb. 

Anım günü Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xeyriyyə məqsədli qanvermə aksiyası ilə davam etdirilib. Ümumilikdə qanvermə aksiyasında 50-yə yaxın gənc qanvermə aksiyasında iştirak edib. Məqsəd talassemiya, leykemiya, QİÇS və s. qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara donor olaraq dəstək olmaq olub.