Pirallahı rayon prokurorunun köməkçisi Almazov Ramin Pənah oğlu

Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 8 â„–-li tam orta məktəb uçma təhlükəsi ilə üz-üzə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə AZXEBER.COM-a Füzuli rayonunda yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Ermənistanla təmas xəttində yerləşən ərazi olduğu üçün atışma zamanı məktəb binası daha çox silkələnir ki, bu da hər an onun uçması ilə nəticələnə bilər.

Məktəbdə hazırda təhsil olan 300-ə yaxın şagird dərslərin həyətdə qurulan çadırda keçirlər.

Sakinlərin sözlərinə görə, Füzuli rayonunun icra başçısı Alı Alıyevə mövcud vəziyyətlə bağlı dəfələrlə məlumat verilsə də, başçı bir dəfə də olsun məktəbdəki vəziyyətlə yerindəcə tanış olmayıb. Mövcud vəziyyət isə olduğu kimi qalmaqdadır.

Məktəb binasının vəziyyəti ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, heç kim bu işdə sakinlərə kömək etməyib.

Qeyd edək ki, Füzuli rayonuna hər il dövlət büdcəsindən vəsait ayrılır.