Bakıda jurnalist yol qəzasında ölüb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında "Daewoo markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub. Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.

Qeyd edək ki, Sabit Məmmədov (Emin Sabit imzası ilə yazırmış) "Təzadlar" qəzetinin əməkdaşıdır.