Heydər Əliyev regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarıdır.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tbilisi şəhərinin meri Kaxa Kaldze bildirib.

O deyib: "Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu layihələr Gürcüstan ərazisindən keçib. Bu gün Azərbaycanın və Gürcüstanın reallaşdırdığı bu layihələr bizim üçün mühüm əhəmiyyət kəsb edir. Biz bunu unuda bilmərik.

Mer qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gürcü xalqı üçün çox dəyərli bir şəxsiyyətdir. Bizim ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində, inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olub.