Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, prezident sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Abbas Ələsgərov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır.