SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Azərbaycan Rusiyadan gələn il hansı silahları alacaq? - GÖRÜŞ BAŞLADI
SİYASƏT 18:31 / 12.12.2017
Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən xəbərə görə, Plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.