Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZ 3110 markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.