Avropanın ən böyük qazpaylayıcı mərkəzlərindən biri - Baumqartendə (Avstriya) baş verən partlayışdan sonra Böyük Britaniyada təbii qazın qiyməti 2013-cü ilin dekabr ayından sonra maksimuma çatıb.

Unikal.org  bu barədə "Bloomberg agentliyinə istinadən xəbər verir.

Gələn ay üçün təbii qazın fyuçers qiymətləri 23% artaraq 9,82 dollar olub.

Qeyd edək ki, bu gün səhər Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı mərkəzdə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 18 nəfər isə yaralanıb. Baumqarten qaz paylayıcı mərkəzi Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Mərkəz Avstriyanın Slovakiya ilə mərkəzində yerləşir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.