"DxOMark şirkətinin ekspertləri smartfon kameralarının sınaqları üzrə yekunları dərc ediblər.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, siyahıda birinci yeri "Google Pixel 2 smartfonu tutub.

Mütəxəssislərin fikrincə, "Google Pixel 2 onların sınaqdan keçirdikləri mobil qurğular arasında ən mükəmməl kamera ilə təchiz edilib. Smartfon rekord 98 bal toplamağa nail olub.

Məlumata görə, smartfon kameralarının analizi üçün "DxOMark mühəndisləri tərəfindən 1500-dən çox test təsviri və 2 saatdan çox videoyazılar qiymətləndirilib. Tədqiqat laboratoriya şəraitində aparılıb.

Ekspertlər qeyd edib ki, "Google Pixel 2 tək əsas kameraya malik olmasına baxmayaraq məşhur liderləri geridə qoyub. Kamera 12 meqapikselli təsvir ölçüsünə və "f/1.8 işıq qüvvəsinə malikdir. Toplanmış balların ümumi sayına görə, "Google Pixel 2 smartfonu "Apple və "Samsung şirkətlərinin qabaqcıl modellərini üstələsə də, bəzi parametrlərə (məsələn, Zoom və yan tərəf keyfiyyəti) görə geridə qalıb.

Reytinqdə ikinci yerdə 97 bal toplayan "iPhone X və "Huawei Mate 10 Pro smartfonları qərarlaşıb. Üçüncü pillədə hərəyə 94 bal toplayan "Apple iPhone 8 Plus və "Samsung Galaxy Note 8 yer alıb.

Həmçinin liderlər onluğuna "iPhone 8 (92 bal), "Google Pixel, "HTC U11 və "Xiaomi Mi Note 3 (hərəyə 90 bal), "iPhone 7 Plus (88 bal), "iPhone 7 (85 bal), "Sony Xperia XZ Premium (83 bal), "Samsung Galaxy S6 Edge (82 bal) və "iPhone 6 (73 bal) smartfon modelləri daxildir.