Avstriyanın Baumqarten şəhərində qazpaylaşdırıcı stansiyada güclü partlayışın baş vermə anını əks etdirən video yayılıb.
Unikal.org-un xəbərinə görə, partlayış dekabrın 12-də baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Qeyd edək ki, insident nəticəsində Rusiya qazının İtaliya, Macarıstan və Sloveniyaya tədarükündə problemlər yaranıb.
Yanğın artıq söndürülüb. Hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.