Klublar Komitəsinin (KK) bu il üçün sonuncu iclası keçirilir.

Unikal.org xəbər verir ki, toplantıda KK-nin yeni sədri də müəyyənləşib. "Neftçinin prezidenti Orxan Hüseynzadə 7 səs toplayaraq komitənin yeni sədri seçilib. O, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.

Xatırladaq ki, Hüseynzadədən öncə bu postda Tuyqun Nadirov (Xəzər Lənkəran), Fikrət Hüseynov (AZAL) və Kamran Quliyev (Sumqayıt) çalışıb.