Tanınmış peşəkar boksçu Əli ismayilovun "Azərbaycanda Peşəkar boksçu yoxdur, döyüşməyə qorxurlar fikrinə daha reaksiya gəlib.

8 ildir ki, Azərbaycan bayrağı altında mübarizə aparan, əslən cənubi azərbaycanlı, məşhur boksçu Fərşid Rüstəmi Unikal.org-a danışıb.

O "Əli İsmayılov niyə belə düşünür? Belə çıxır ki, başqa azərbaycanlı peşəkar idmançıları görməzdən gəlir? suallarına cavab verib:

""Box.rec saytına baxsanız orada görəcəksiniz ki, Azərbaycandan neçə peşəkar boksçu var. Yəqin ki, onun fikri elədir. Əli İsmayılova və bütün Azərbaycan idmançılarına uğurlar arzulayıram. Belə sözlərə baş qoşmağa vaxt ayırmıram. İndi növbəti yarışa hazırlaşıram. Azərbaycanda keçirilən konversiyada Ümumdünya Boks Şurasının (WBC)prezidenti Maurisio Süleyman tərəfindən WBC kəməri uğrunda yarışa dəvət olundum. Rəqibimin kimliyinə 2018-ci ildə aydınlıq gətiriləcək.

Onu da nəzərinizə çatdırım ki, AİBA-nın prezidenti tərəfindən Rio Olimpiya Oyunlarına 12 tanınmış peşəkar boksçu xüsusi qonaq kimi dəvət olunmuşdu. Orada Floyd Meyvezer kimi məşhur boksçular arasında mən də var idim. Bəlkə də Əli başqa cür demək istəyib, bilmirəm.

Aygün İlqarqızı