"CNN Yunanıstan telekanalı 2017-ci ilin oktyabr- noyabr aylarında qanunsuz olaraq Azərbaycanın erməni işğalı altındakı ərazilərinə daxil olmuş əməkdaşlarının hazırladığı sənədli filmi nümayiş etdirib.

Unikal.org-un məlumatına görə, "KarabakhTV erməni mediasına istinadla xəbər verir ki, filmdə qondarma Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və s. barədə Azərbaycanın milli maraqlarına zidd olan saxta fakt və rəylər səsləndirilir. Yunan telekanalı qondarma və separatçı "Artsax "respublikasının "prezidenti kimi təqdim edilən Kreml və İrəvan nökəri Bako Saakyan, qondarma "müdafiə naziri Levon Mnatsakyan və Ermənistanın müdafiə naziri Vigen Sərkisyandan müsahibələri də səsləndirib.

"KarabakhTV filmin rus dilinə tərcümə titrləri ilə müşayiət olunan video-yazısını təqdim edir.