AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org-un məlumatına görə, iclasda dekabrın 10-da Azərbaycan Kubokunun 1/4 mərhələsinin "Keşlə - "Kəpəz matçında "Keşlə klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması barədə qərar qəbul olunub.

"Zirə - "Neftçi matçında isə "Zirə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bundan başqa, "Qarabağ - "Sumqayıt matçının 88-ci dəqiqəsində "Sumqayıt klubunun 1 â„–-li futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.