"Ayrılsaq da beraberiz, "Yahşi cazibe seriallarından tanınan aktyor Hakan Yılmazın həyat yoldaşı Eliflə birlikdə oteldə 3 nəfər tərəfindən döyüldüyü anın görüntüləri yayılıb.

Unikal.org-un Türkiyə mediasına istinadən xəbər verir ki, onun üçün oteldə hazırlanmış sürpriz ad günü partisinə qatılan aktyor məkana daxil olarkən Denizhan Vural və dostu Erdal Gökçe adlı şəxslər cangüdəniylə birlikdə ona yaxınlaşıb.
"Sən məni tanıyırsan? deyə Hakana sual ünvanlayan Vural Yılmazın "Üzr istəyirəm, tanımıram sözlərindən sonra onu yumruqlayıb. Denizhan "Sən məni niyə tanımırsan? Səni də, arvadını da öldürərik deyərək aktyorla xanımına hücum edib.
Dələduzlar əvvəlcə masanın üzərindəki sərt aləti aktyorun xanımına atır, daha sonra isə, Hakanın başına zərbələr endirirlər. Aktyorla xanımı xəstəxanaya aparılıb müayinə olunduqdan sonra polisə şikayət ərizəsi yazıblar. Polis müşahidə kameralarından şübhəliləri saxlayaraq, onların ifadəsini alıb, daha sonra isə sərbəst buraxıb.