"Liverpulun kapitanı Filipp Koutinyo yanvarda "Barselonaya keçəcək.

 Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo nəşri yayıb.

İspaniyalı həmkarlarımızın iddiasına görə, Braziliya millisinin üzvü "qırmızıların rəhbərliyi ilə görüş keçirib. Koutinyo, nəhayət ki, transfer üçün İngiltərə təmsilçisinin razılığını alıb. "Barsa ilə 5 illik müqavilə imzalayacaq 25 yaşlı yarımmüdafiəçinin transferi ispanlara 140 milyon avroya başa gələcək.

Qeyd edək ki, "Barselona Filipp Koutinyonu yay fasiləsində almaq istəsə də, "Liverpul son anda satmaqdan imtina etmişdi.