SON XƏBƏRLƏR
16 Iyul 2018
15 Iyul 2018
Gəlin bəyin qolunu qandallayıb nikah masasına oturtdu - FOTOLAR
REPORTAJ 21:25 / 13.12.2017
Türkiyənin Konya şəhərində maraqlı hadisə baş verib.

Unikal.org-un "Haberler.com”a istinadən məlumatına görə, polis idarəsində işləyən Öznur Ün həmkarı Muhammet Yıldız ilə ailə qurub.

Maraqlısı budur ki, toy günü Öznur Muhammetin qoluna qandal vuraraq cinayətkar tutmuş kimi onu nikah masasına gətirib. Muhammetin qolundakı qandalı nikah kəsən hakim açıb və gəlinlə bəyin "Hə" cavabından sonra onları ər-arvad elan edib.

Ünün və Yıldızın nikah qabağı tamaşası qonaqlar tərəfindən bəyənilib və alqışlarla qarşılanıb.