Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb və Ə.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

11:59

Ağdaş rayonunda qətlə yetirilən 17 yaşlı gəncin adı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsində qeydə alınıb.

Belə ki, Ağdaş şəhəri, Əhməd Cavad küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Coşqun Ətraf oğlu Nəsibov bıçaqlanaraq öldürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

11:00

Ağdaşda qətl hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.