Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar.

Dünən yayılan məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim edilsə də, xəbər təsdiqlənmədi.

Unikal.org xəbər verir ki, belə ki, deputat Arif Rəhimzadə Modern.az-a açıqlamasında Murad Rəhimovun atası olmadığını bildirib.

Dövlət Reklam Agentliyi Müşahidə Şurasınnın sədrinin kimliyini dəqiqləşdirilib. Məlum olub olub ki, Murad Arif oğlu Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşı oğludur.