Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. 

Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 13-də saat 7:00 radələrində Goranboy rayonunun Qarqucaq kəndində Bərdə rayon sakini Məhiyəddin Kərəmovun idarə etdiyi "Shacman və Gəncə şəhər sakini Kamil Qəhrəmanovun idarə etdiyi "VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə K.Qəhrəmanov və sərnişinləri - Tural Əsgərov və qardaşı Elçin hadisə yerində ölüblər.


Goranboy RPŞ tərəfindən araşdırma aparılır.