Çinin cənub-qərbindəki Quyçjou əyalətində kömür mədənində qəza baş verib. 

Unikal.org xarici mətbuata istnadən xəbər verir ki, qəzaya mədəndə qazın alışması səbəb olub.

Qəza nəticəsində 5 nəfərin həlak olduğu, daha, 20 nəfərin isə xəsarət aldığı bildirilir.

Məlumata görə, xilasetmə işlərinə 500-dən çox şəxs cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.