İraqın cənubunda İŞİD terror təşkilatının 38 üzvü edam olunub.

Unikal.org-un "The Independent nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, ölkə həbsxanalarında minlərlə İŞİD üzvü var. Yerli qanunvericiliyə görə, İŞİD-lə əlaqəsi olan şəxsləri ömürlük həbs yaxud da ölüm cəzası gözləyir.