Əfsanəvi futbolçu Ronaldinyo da siyasətə qoşulub.

Unikal.org xəbər verir ki, Ronaldinyo Braziliyanın Federal Senatına keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. O, artıq namizədliyini də irəli sürüb.

2005-ci ildə "Qızıl topun sahibi olan Ronaldinyo Sosial Xiristian Partiyasının namizədi kimi seçkilərə qatılır. 37 yaşlı Ronaldinyo Minas-Jerays ştatında mübarizə aparmalı olacaq.