Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya İstehsalat Birliyinin "Kimyaçı Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Unikal.org xəbər verir ki, Sumqayıtda "Kimyaçı Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı "Kimyaçı Mədəniyyət Sarayının mövcud vəziyyəti, 2013-cü ildə isə Mədəniyyət Sarayında və ətraf ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Burada yenidənqurma işləri 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması istiqamətində işlər yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Hımçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

"Kimyaçı Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış oldu.


***

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı göstərir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Regionlarda yeni inzibati binaların tikintisi davam etdirilir. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və 2017-ci ildə yaranmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə genişlənən partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının da böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir və həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.

Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.

Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada yeməkxana da fəaliyyət göstərəcək.

Onu da deyək ki, respublikanın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçilirlər. Onlar şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, Sumqayıtın sosial-iqtisadi inkişafına töhfələrini verirlər. Hazırda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının 26 min 150 nəfər üzvü var ki, onlardan da 13 min 837-i qadınlar, 14 min 429-u isə gənclərdir.

11:58

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

Unikal.org-un məlumatına görə, prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Muzeylə tanış olan dövlət başçısına məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb.

11:48

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Unikal.org-un məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib.

Sonra prezident İlham Əliyev parkın ərazisində "AzerFloat Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub.

Sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupuna daxil olan "Aqrokimya Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.

Dövlət başçısı müəssisəni işə salıb.

Sonra prezident İlham Əliyev parkın ərazisində "STDC Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.


Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

11:34

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıta səfər edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.