Rusiyanın "Zvezda kanalında yayımlanan siyasi tok-şouda növbəti dəfə qalmaqal yaşaıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub.

Mübahisəyə səbəb isə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı təhqiramiz fikirlər səsləndirməsi olub.

Fuad Abbasov ekspert kürsüsündə əyləşən Sarkis Çaturyan, Qevorq Mirzoyan və suriyalı həmkarı Abas Cüməyə yaxınlaşaraq "mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm deyib.

Bu zaman mübahisə qızışıb və Abbasovla Çaturyan əlbəyaxa dava etməyə cəhd ediblər. Aparıcılar qonaqları sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək "problem istəyirsənsə, olacaq. Dilinə sahib ol söyləyib.