Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Unikal.org xəbər verir ki, bu barədə "Baku Bus MMC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək "Azadlıq metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.