"Mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

Unikal.org modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisdə "Silahlı Qüvvələr haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib.

"ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!".

O, zaldakı jurnalistlərə üzünü tutaraq deyib: "Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!

Z. Əsgərov bildirib ki, Azərbaycan ordusu dünyanın ən demokratik ordularındandır.

"Silahlı Qüvvələri haqqında qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil.

Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox.