Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Unikal.org qaynarinfo-ya istinadən xəbər verir ki, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənib. Yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.

FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov sayta bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur.

Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.