Rusiyanın "Krasnodar futbol klubunun üzvü Pavel Mamayevin həyat yoldaşı Alana Mamayevanın başına oyun gəlib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun həyat yoldaşının  internetdə çılpaq fotoları yayılıb.

Məlumatda bildirirlir ki, bir müddət öncə hakerlər yol taparaq Mamayevanın komputerinə daxil olublar, daha sonra onun çılpaq şəkillərini oğurlayıblar.  Komputer piratları Mamayevanı şantaj ediblər. Belə ki, müəyyən məbləğ qarşılığında fotoları siləcəklərini deyiblər. 

Ancaq futbolçunun xanımı onların bu şantajına boyun əyməyərək onlara pul ödəməkdən boyun qaçırıb. Bu səbəbdən də hakerlər xanımın bütün açıq-saçıq şəkillərini internetdə yayıblar. 

 Xanım bu hadisənin şokundan 5 ay sonra ayılıb. O, hazırda şəxsi "instaqram hesabında şəkillərini paylaşmağa davam edir.