"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin birinci müavini vəzifəsinə təyinat olub.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz Cabbarov təyin edilib. 

Qeyd edək ki, sədrin sabiq birinci müavini Zamiq İsmayılov öz ərizəsi ilə vəzifədən azad olunub.

Mübariz Mustafa oglu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Evlidir, iki övladı var.