İstanbulda Üsküdar-Ümraniyə metro xəttinin açılışı olub. Bununla da Türkiyədə ilk dəfədir ki, yeraltı polad magistralda maşinistsiz qatar xəttə buraxılıb.

Unikal.org xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər. Onlar yeni qatarın ilk sərnişinləri olublar.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Türkiyənin böyük şəhərlərində metro xətlərinin çəkilişi bundan sonra da davam edəcək.