Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Unikal.org-un xəbərinə görə,keçirilən iki oyunla bütün yarımfinalçılar bəlli olub.

Günün ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edib. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cavab matçında da 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Roman Qriqorçukun komandası yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.

Digər görüşdə - ilin son qarşılaşmasında isə "Qarabağ""Sumqayıt"ın qonağı olub. Oyun "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib - 2:0. 

Beləliklə, "Qarabağ" gözlənilmədən kubokla vidalaşıb.